P
Müştəri Xidmətləri üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri
Pilgrim Education – xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkət – tələbələrlə və valideynlərlə peşəkar ünsiyyəti təmin edəcək, operativ və məsuliyyətli Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarır.
Əsas vəzifələr:
- Şirkətə müraciət edən tələbələr və valideynlərlə telefon, e-mail və sosial şəbəkələr vasitəsilə operativ ünsiyyət.
- Daxil olan sorğuların qeydiyyata alınması və CRM sisteminə düzgün şəkildə əlavə olunması.
- Müşahidə edilən suallar və müraciətlər əsasında tələbələri uyğun şöbələrə yönləndirmək.
- Müraciət prosesində tələbələrə dəstək göstərmək və yaranan sualların cavablandırılması.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və xidmət keyfiyyətinin daim yüksək səviyyədə saxlanılması.
- Şikayətlərin və müraciətlərin operativ şəkildə araşdırılıb həll olunması.
- Şirkət tədbirlərində və görüşlərdə iştirak edərək tələbələrə yerində məlumat verilməsi.
- Günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.
Tələblər
- Ali təhsil.
- Minimum 1 il müştəri xidmətləri, call-center və ya administrativ sahədə təcrübə.
- Azərbaycan dilində mükəmməl nitq mədəniyyəti; Ingilis dili biliyi vacibdir; Rus dili üstünlükdür.
- Güclü kommunikasiya bacarıqları, nəzakətli və peşəkar ünsiyyət tərzi.
- Dinləmə, anlama və problemi tez həll etmə bacarığı.
- Stressi idarə etmək və çətin müştərilərlə peşəkar davranmaq bacarığı.
- Komandada işləmə və eyni zamanda müstəqil qərar vermə qabiliyyəti.
- CRM sistemləri və Microsoft Office proqramlarından istifadə bacarığı.
- Punktuallıq, məsuliyyət və yüksək iş mədəniyyəti
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Mövzu hissəsində qeyd edin: Müştəri Xidmətləri üzrə Mütəxəssis
Kopyalandı!