Reels Maker / Mobilograf
Vəzifə öhdəlikləri
- Instagram və TikTok platformaları üçün aylıq video kontent planının hazırlanması
- Reels və short videoların ideyadan çəkilişə və montaja qədər hazırlanması
- Məhsulların (smartfon, aksesuar, texnologiya məhsulları və kampaniyalar) kreativ və satışyönümlü çəkilişi
- Trend olan Reels / TikTok formatlarının izlənməsi və tətbiqi
- Mağazalarda, kampaniyalarda və xüsusi aksiyalarda mobil çəkilişlərin aparılması
- Video montaj, kəsim, subtitrlər, musiqi və basic motion elementlərin əlavə edilməsi
- Marketinq komandası ilə koordinasiyalı işləmək
Tələblər
- Mobil çəkiliş bacarığı (iPhone / Android – stabil, keyfiyyətli çəkiliş)
- Reels və TikTok üçün montaj proqramlarında təcrübə (CapCut, InShot, VN, Premiere Pro və s.)
- Sosial media trendlərini və algoritmləri anlamaq
- Kreativ düşüncə və vizual zövq
- Sürətli, məsuliyyətli və deadline-lara uyğun işləmək bacarığı
- Oxşar sahədə minimum 6 ay – 1 il təcrübə (üstünlükdür)
- Portfolio və ya əvvəlki iş nümunələrinin olması (mütləqdir)
İş şəraiti
Üstünlük sayılacaq:
- Texnologiya və elektronika məhsullarına maraq
- Brend üçün storytelling və satışyönümlü video hazırlamaq bacarığı
- Kamera, işıq və səs barədə basic biliklər
Biz nə təklif edirik:
- Dinamik və yaradıcı mühit
- Böyüyən brend ilə uzunmüddətli əməkdaşlıq
- Sabit əmək haqqı + performansa görə bonus
- Kreativ ideyaların dəstəkləndiyi komanda
- Peşəkar inkişaf imkanı
CV və video portfolionu (Google Drive / Instagram / TikTok linki) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsi: Reels Maker / Mobilograf
Kopyalandı!