Baş mühasib

City Park Mall Son tarix: 17 dekabr 2025 177

Vəzifə öhdəlikləri

Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi

Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.)

Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu

Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması.

Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması

Vergi və əmək qanunvericiliyinin tətbiqi 

Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək.

Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək.

Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək.

Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Tələblər

Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)

Müvafiq  vəzifədə 3 ildən artq iş stajı (Ticarət mərkəzi sahəsində olması arzuolunandır);

Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);

Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;

Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;

Peşəkar Mühasib Sertifikatı (Üstünlükdür) ;

Komandada işləmə bacarığı;


Uyğun namizədlər CV-lərini  hr@citypark.az mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.

İş şəraiti

İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir

Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək

İş yeri: “City Park Mall” (Babək pr, Ağ şəhər)

Kopyalandı!
Telegram kanalına qoşul